Azərbaycanın quşçuluq müəssisəsi səhmdarlarına dividend ödəyəcək

Azərbaycanın quşçuluq müəssisəsi səhmdarlarına dividend ödəyəcək İyunun 28-də, saat 11:00-da “İsmayıllı Quşçuluq” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Maliyyə
29 May , 2019 16:50
Azərbaycanın quşçuluq müəssisəsi səhmdarlarına dividend ödəyəcək

İyunun 28-də, saat 11:00-da “İsmayıllı Quşçuluq” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Report” müəssisənin İdarə Heyətinə istinadən xəbər verir ki, yığıncaq İsmayıllı şəhəri, Mikayıl Müşfiq küçəsi, 1 ünvanında olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin 2018-ci ilin maliyyə yekunları üzrə illik balansının təsdiq edilməsi və dividendlərin verilməsi, təsisçilərlə hesablaşmalar və digər məsələlər daxildir.

Xatırladaq ki, “İsmayıllı Quşçuluq” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 257 202 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 628 601 səhm əsasında formalaşıb. Səhmlərin 50,1%-i Zaur Zahid oğlu Qardaşova, 34,17%-i Siyasət Cəlil qızı Qardaşovaya, 10,96%-i Zahid Əhməd oğlu Qardaşova, qalan 4,77%-i isə 24 fiziki şəxsə məxsusdur.dir. 

Son xəbərlər

Orphus sistemi