Azərbaycan qonşu ölkələrlə ticarət dövriyyəsini ciddi artırıb

Azərbaycan qonşu ölkələrlə ticarət dövriyyəsini ciddi artırıb Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan qonşu ölkələrlə 1 mlrd. 858,166 mln. ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.
Maliyyə
27 Aprel , 2019 13:19
Azərbaycan qonşu ölkələrlə ticarət dövriyyəsini ciddi artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan qonşu ölkələrlə 1 mlrd. 858,166 mln. ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.
 

“Report”un Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 510,530 mln. dollar və ya 37,9% çoxdur.

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın İranla ticarət dövriyyəsinin həcmi 230,637 mln. dollar təşkil edib. Bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 162,235 mln. dollar və ya 3,4 dəfə çoxdur.

Azərbaycanın İranla ticarət dövriyyəsindəkı həcmin 11,007 mln. dolları ixracın, 219,631 mln. dolları isə idxalın payına düşüb. Nəticədə Cənub qonşumuzla ticarət dövriyyəsində 208,624 mln. dollar mənfi saldo yaranıb ki, bu da daha əvvəlki ilin ilk rübü ilə müqayisədə 152,404 mln. dollar və ya 3,7 dəfə çoxdur. Azərbaycan İranla ticarət dövriyyəsinin payı ümumi xarici ticarətdəki dövriyyəsinin 3%-nə bərabərdir.

Bu ilin yanvar-mart ayları ilə Azərbaycanın qardaş Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 812,341 mln. dollara bərabər olub. Bu, ötən ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 239,239 mln. dollar və ya 41,7% çoxdur.

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin 504,900 mln. dolları ixracın, 307,441 mln. dolları isə idxalın payına düşüb. Nəticədə qardaş ölkə ilə ticarət dövriyyəsində 197,459 mln. dollar müsbət saldo yaranıb. Bu isə daha əvvəlki ilin ilk rübü ilə müqayisədə 51,672 mln. dollar və ya 3,8 dəfə çoxdur. Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsinin payı ümumi xarici ticarətdəki dövriyyəsinin 10,7%-nə bərabərdir.

Azərbaycan şimal qonşusu Rusiya ilə bu ilin yanvar-mart ayları ərzində 562,704 mln. dollar həcmində ticarət dövriyyəsi həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,109 mln. dollar və ya 13,08% çoxdur.

Bu ölkə ilə Azərbaycanın ticarət dövriyyəsinin 124,981 mln. dollar ixracın, 437,723 mln. dollar idxalın payına düşüb. Nəticədə bu ilin ilk üç ayında 372,742 mln. dollar mənfi saldo yaranıb ki, bu da ötən ilin ilk üç ayı ilə müqayisədə 110,337 mln. dollar və ya 42% çoxdur. Azərbaycan Rusiya ilə ticarət dövriyyəsinin payı ümumi xarici ticarətdəki dövriyyəsinin 7,4%-nə bərabərdir.

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin həcmi 172,669 mln. dollar təşkil edib. Bu, 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 61,199 mln. dollar və ya 55% çoxdur.

Gürcüstanla ticarət dövriyyəsinin 159,021 mln. dolları ixracın, 13,648 mln. dolları isə idxalın payına düşüb. Nəticədə bu müddət ərzində 145,373 mln. dollar müsbət saldo yaranıb ki, bu da 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 63,768 mln. dollar və ya 78,1% çoxdur. Azərbaycan Gürcüstanla ticarət dövriyyəsinin payı ümumi xarici ticarətdəki dövriyyəsinin 2,3%-nə bərabərdir.

Bu ilin ilk üç ayında Azərbaycan qonşu Qazaxıstanla 67,581 mln. dollarlıq ticarət dövriyyəsi həyata keçirib. Bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 9,651 mln. dollar və ya 16,7% çoxdur. Bu məbləğin 4,473 mln. dolları ixracın, 63,108 mln. dollar isə idxalın payına düşüb. Nəticədə 58,635 mln. dollar mənfi saldo yaranıb ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 20,505 mln. dollar və ya 53,8% çoxdur. Azərbaycan Qazaxıstanla ticarət dövriyyəsinin payı ümumi xarici ticarətdəki dövriyyəsinin 2,1%-nə bərabərdir.

2019-cu ilin ilk rübündə Azərbaycan qonşu Türkmənistanla ümumilikdə 12,233 mln. dollar həcmində ticarət dövriyyəsi həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,814 mln. dollar və ya 68,7% azdır. Türkmənistanla ticarət dövriyəysinin 3,667 mln. dolları ixracın, 8,566 mln. dolları isə idxalın payına düşür. Nəticədə bu ölkə ilə ticarət dövriyyəsində 4,899 mln. dollar mənfi saldo yaranıb ki, bu da 2018-ci ilin ilk rübünün göstəricisi ilə müqayisədə 23,985 mln. dollar və ya 5,9 dəfə azdır. Azərbaycan Türkmənistanla ticarət dövriyyəsinin payı ümumi xarici ticarətdəki dövriyyəsinin 0,35%-nə bərabərdir.

Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın qonşu ölkələri arasında ən böyük ticarət tərəfdaşı Rusiyadır. Ən kiçik ticarət tərəfdaşı isə Türkmənistan olaraq qalmaqdadır. 

Son xəbərlər

Orphus sistemi