Yuxarı
    Bağlamaq

    Azərbaycanın qızıl ehtiyatları daha 10% azalıb

    Azərbaycan qızıl ehtiyatlarına görə qlobal reytinqdə 63-cü yeri tutur

    Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanın qızıl ehtiyatları bu ilin iyun ayında 2 ton yaxud 10% azalaraq 18 tona düşüb. 

    “Report” xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurası (World Gold Council) məlumat yayıb.

    Şuranın məlumatına görə, Azərbaycan qızıl ehtiyatlarına görə qlobal reytinqdə bir pillə geriləyərək 62-ci yerdən 63-cü yerə düşüb.

    Qızıl ehtiyatının ümumi ehtiyatlarda olan payı isə 2,7 faiz bəndi azalıb və 9,4%-ə enib.

    Ötən aylarda olduğu kimi, siyahıya ABŞ, Almaniya və Beynəlxalq Valyuta Fondu (IMF) liderlik edir.

    Qeyd edək ki, bu göstərici ötən ilin sentyabrından bəri Azərbaycanın qızıl ehtiyatlarının 40,4% azaldığını göstərir.

    Xatırladaq ki, ARDNF martın 10-da Ümumdünya Qızıl Şurasının Azərbaycanın qızıl ehtiyatlarını satması ilə bağlı yaydığı məlumatın doğru olmadığını açıqlayıb. Qurumdan “Report”a ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil etdiyi bildirilib: “Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Mərkəzi Bankda yerləşdirilib. Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi