Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3% artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3% artıb Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri ötən ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8% üstələyərək 14,3 milyard manata bərabər olub.
Maliyyə
14 İyun , 2019 12:36
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri ötən ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8% üstələyərək 14,3 milyard manata bərabər olub. 

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Ticarət dövriyyəsinin 7,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,1 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib, satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-may aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4% və 3,1% artıb.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 5,0%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-may aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,5%-i ticarət müəssisələri, 48,4%-i fərdi sahibkarlar tərəfindən, 31,1%-i isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,5%, fərdi sahibkarlar üzrə 0,1% artıb, bazar və yarmarkalarda isə 5,4% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 290,1 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 10,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 144,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Son xəbərlər

Orphus sistemi