Azərbaycanın maliyyə sektorunun işçi bazası 1 aya 200 nəfər artıb

Azərbaycanın maliyyə sektorunun işçi bazası 1 aya 200 nəfər artıb Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu il avqustun 1-nə Azərbaycanın maliyyə sektorunda çalışanların sayı 24,6 min nəfər təşkil edib. Bunun 4,6 min nəfəri dövlət, 20 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Maliyyə
20 Sentyabr , 2018 17:50
Azərbaycanın maliyyə sektorunun işçi bazası 1 aya 200 nəfər artıb
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu il avqustun 1-nə Azərbaycanın maliyyə sektorunda çalışanların sayı 24,6 min nəfər təşkil edib. Bunun 4,6 min nəfəri dövlət, 20 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iyulun 1-i ilə müqayisədə işçilərin sayı 0,2 min nəfər artıb. Artım özəl sektorun hesabına baş verib.

Qeyd edək ki, avqustun 1-nə ölkədə muzdla işləyənlərin sayı 1 543,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 881,8 min nəfər, qeyri-dövlət sektorunda isə 661,3 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,7 min nəfər, qeyri-neft sektorunda isə 1509,4 min nəfər çalışıb.

Son xəbərlər

Orphus sistemi