Azərbaycanın maliyyə sektorunda 26 minə yaxın işçi çalışır

Azərbaycanın maliyyə sektorunda 26 minə yaxın işçi çalışır Ötən il maliyyədə çalışanların sayı 14% azalıb
Maliyyə
26 Yanvar , 2017 17:19
Azərbaycanın maliyyə sektorunda 26 minə yaxın işçi çalışır

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanda maliyyə və sığorta sahəsində işləyənlərin sayı 2016-cı il ərzində azalıb.

"Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, maliyyə sektorunda muzdla çalışan işçilərin sayı illik müqayisədə 14,4% azalaraq 2016-cı il dekabrın 1-nə 25 745 nəfər təşkil edib. Beləliklə, ölkədə muzdla işləyənlərin 1,7%-ni məhz bu sahədə çalışanlar əhatə edib.

Qeyd edək ki, 2016-cı il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 514,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 889,5 min nəfər, qeyri-dövlət sektorunda isə 624,9 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,2 min nəfər, qeyri-neft sektorunda isə 1 480,2 min nəfər çalışıb.

2016-cı ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 7,0% artaraq 494,3 manat təşkil edib. Dövlət Statsitika Komitəsinin məlumatına əsasən, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Son xəbərlər

Orphus sistemi