Yuxarı
    Bağlamaq

    Azərbaycanın maliyyə naziri Avrasiya İnkişaf Bankının rəhbəri ilə görüşüb

    Avrasiya İnkişaf Bankı Azərbaycanla əməkdaşlığa böyük önəm verir

    Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Avrasiya İnkişaf Bankı (EDB) İdarə Heyətinin sədri Dmitri Pankin ilə görüşüb.

    "Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə EDB arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

    S.Şərifov Azərbaycanın iştirakı ilə reallaşdırılan transmilli layihələr haqqında məlumat verib, qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.

    Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini vurğulayan D.Pankin nəqliyyat, tranzit, energetika, özəl sektor və digər sahələrdə həyata keçirilən layihələrin maliyyələşdirilməsində iştirak imkanlarını qeyd edərək, bunun həm də EDB-nin səhmdarları olan Azərbaycanla tərəfdaş ölkələrin marağına uyğun olduğunu söyləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi