Yuxarı

Azərbaycanın maliyyə naziri ADB-nin icraçı direktoru ilə görüşüb

Azərbaycan və ADB arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Bakı. 13 iyun. REPORT.AZ/ Maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankı (ADB) Direktorlar Şurasının üzvü, icraçı direktoru Metyu Foksu qəbul edib. 

"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı ölkənin makroiqtisadi vəziyyəti, hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat verilib, Azərbaycan ilə ADB arasında uzunmüddətli əməkdaşlığın önəmi vurğulanıb.

Tərəflər həyata keçirilən layihələr, o cümlədən Göyçay, Ağdaş, Beyləqan və Ağcabədi rayonları üzrə birgə maliyyələşdirilən su və kanalizasiya şəbəkələrinin yenidən qurlması ilə bağlı işlərin gedişi, habelə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi