Azərbaycanın ləğvetmə prosesində olan sığorta şirkəti ötən ili mənfəətlə başa vurub

Azərbaycanın ləğvetmə prosesində olan sığorta şirkəti ötən ili mənfəətlə başa vurub Bakı. 3 aprel. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Azərqarant Sığorta" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 6,438 mln. manat təşkil edib. "R...
Maliyyə
3 Aprel , 2017 09:25
Azərbaycanın ləğvetmə prosesində olan sığorta şirkəti ötən ili mənfəətlə başa vurub

Bakı. 3 aprel. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Azərqarant Sığorta" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 6,438 mln. manat təşkil edib. "Report" şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2% azdır.

2016-cı ildə "Azərqarant Sığorta"nın uzunmüddətli aktivləri 7,7% azalaraq 872 min manat, qısamüddətli aktivləri 1% azalaraq 5,566 mln. manat olub.

Hesabat dövründə "Azərqarant Sığorta"nın cəmi öhdəlikləri 58,6% azalaraq 113 min manat, o cümlədən uzunmüddətli öhdəlikləri 61,3% azalaraq 103 min manat, qısamüddətli öhdəlikləri isə 54,6% artaraq 10 min manat olub.

Ötən il sığortaçının cəmi kapitalı isə 0,5% artaraq 6,325 mln. manata çatıb.

2016-cı ildə "Azərqarant Sığorta"nın cəmi gəlirləri 719 min manat (2015-ci ilə nisbətən 10,5% az), cəmi xərcləri isə 419 min manat (3,3% çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 300 min manat olub ki, bu da illik müqayisədə 24,6% azdır.

"Azərqarant Sığorta" ötən il 60 min manat mənfəət vergisi ödəyib və ili 240 min manat xalis mənfəətlə başa vurub. 

Xatırladaq ki, "Azərqarant Sığorta" 1993-cü ildə yaradılmış "Şərqə Qapı Sığorta" MMC-nin hüquqi varisidir. Şirkət ötən il noyabrın 1-dən fəaliyyətini dayandırıb. Buna səbəb onun kapital çatışmazlığı problemi ilə üzləşməsidir.

Son xəbərlər

Orphus sistemi