Azərbaycanın inşaat müəssisəsinin səhmləri 11 dəfədən çox bahalaşıb

Azərbaycanın inşaat müəssisəsinin səhmləri 11 dəfədən çox bahalaşıb Qiymətli kağızlar market-meykerin təklif etdiyi qiymətdən də baha satılıb
Maliyyə
4 Yanvar , 2017 10:34
Azərbaycanın inşaat müəssisəsinin səhmləri 11 dəfədən çox bahalaşıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Dekabrın 30-da Bakı Fond Birjasında (BFB) Avro-Asiya İnşaat Korporasiyası - “EVRASCON” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb. Bu barədə “Report” BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqd müəssisənin 56 səhminin realizə edilməsini nəzərdə tutur. Səhmlərin nominal dəyəri 2 manat olsa da, onlar 11,25 dəfə baha – 22,5 manata alınıb-satılıb.

Qeyd edək ki, “EVRASCON”in səhmlərinin alqı-satqısı üzrə market-meyker fəaliyyətini “Azfinance” investisiya şirkəti həyata keçirir. Bu şirkət həmin gün müəssisənin 1 səhmini 22 manatdan alıb, 23,1 manatdan satıb. Görünən odur ki, sövdələşmə predmeti olan səhmlər “Azfinance”a deyil, birbaşa investora satılıb.

Xatırladaq ki, “EVRASCON” ASC 2003-cü ildə “Azərkörpü” ASC adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 377 290 manatdır. Şirkət 1968-ci ildən Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində fəaliyyət göstərən "Körpütikintidəstəsi-100" adlı müəssisənin hüquqi varisidir. 

Son xəbərlər

Orphus sistemi