Azərbaycanın ilk özəl kredit bürosunun təsisçilərinin sayı arta bilər

Azərbaycanın ilk özəl kredit bürosunun təsisçilərinin sayı arta bilər Zakir Nuriyev: "Ümid edirik ki, gələcəkdə bu sıraya maliyyə sektorunuin digər iştirakçıları da qoşulacaq"
Maliyyə
19 Aprel , 2017 17:54
Azərbaycanın ilk özəl kredit bürosunun təsisçilərinin sayı arta bilər
Report.az

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanda yaradılan ilk özəl kredit bürosunun 22 təsisçisi olsa da, gələcəkdə bu rəqəm arta bilər.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev məlumat verib.

“Hazırda təsisçilər sırasında İslandiyanın “Creditinfo” şirkəti, 19 yerli bank, 1 bank olmayan kredit təşkilatı (“TBC Kredit” MMC”) və 1 sığorta şirkəti olsa da, ümid edirik ki, gələcəkdə bu sıraya maliyyə sektorunuin digər iştirakçıları da qoşulacaq”, - deyə ABA rəhbəri qeyd edib. 

Son xəbərlər

Orphus sistemi