Azərbaycanın ilk özəl kredit bürosu gələn ilin əvvəlində işə başlayacaq

Azərbaycanın ilk özəl kredit bürosu gələn ilin əvvəlində işə başlayacaq Elçin Əhmədov: "Hər bir vətəndaşa ildə bir dəfə öz məlumatları ilə tanış olmaq imkanı yaradılacaq"
Maliyyə
19 Aprel , 2017 17:34
Azərbaycanın ilk özəl kredit bürosu gələn ilin əvvəlində işə başlayacaq

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanda yaradılan ilk özəl kredit bürosunun gələn ilin əvvəlində fəaliyyətə başlayacağı gözlənilir. “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Büronun İdarə Heyətinin sədri Elçin Əhmədov deyib.

Onun sözlərinə görə, hazırda təsisçilər tərəfindən büronun təşkilati-hüquqi forması dəqiqləşdirilir. Tezliklə yeni şirkətin dövlət qeydiyyatına alınması üçün Vergilər Nazirliyinə müraciət ediləcək: “Şirkət yəqin ki, “Creditinfo-Azerbaijan” adlanacaq”.

E.Əhmədov qeyd edib ki, kredit bürosu sadəcə məlumat bazası rolunu oynamayacaq. Yeni maliyyə qurumu bazarda monitorinqlər aparacaq, analizlər edəcək və maliyyə bazarı iştirakçılarının risklərinin maksimal dərəcədə optimallaşdırılmasına kömək edəcək.

Büroya məlumatlar təkcə banklar deyil, bank olmayan kredit təşkilatları, tədricən mobil operatorlar, kommunal xidmət qurumları, lizinq və hətta sığorta şirkətləri tərəfindən də ötürüləcək. Məqsəd odur ki, müştərilərin maliyyə sektorunun bütün iştirakçıları ilə münasibətləri, onların özlərini necə göstərməsi əvvəlcədən məlum olsun. Bunlar qərar qəbul etməkdə mühüm ünsürlərdən biridir: “Bununla yanaşı, hər bir vətəndaşa da ildə bir dəfə öz məlumatları ilə tanış olmaq imkanı yaradılacaq”. 

Son xəbərlər

Orphus sistemi