Yuxarı

​Azərbaycanın icbari həyat sığortası bazarı 19% artıb

Bu sahədə ödənişlər isə illik 90% artıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkəti tərəfindən icbari həyat sığortası üzrə 26,720 mln. manat həcmində sığorta haqqı yığılıb.

"Report"un Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verdiyi xəbərə görə, bu müddətdə şirkətlər tərəfindən icbari həyat sığortası (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü) üzrə 2,052 mln. manat ödəniş həyata keçirilib.

Hesabata əsasən, icbari həyat sığortası üzrə yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə 18,7% artıb. Bu sığorta növü üzrə ödənişlərdə isə illik 90,2% artım qeydə alınıb.

Cari ilin ilk 10 ayında qeyri-həyat icbari sığortası üzrə yığımlar illik 8,5% artaraq 99,744 mln. manata, ödənişlər isə 11,8% artaraq 32,591 mln. manata çatıb.

Bu müddətdə icbari qeyri-həyat sığortasında əsas paya malik olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası yığımları üzrə şirkətlər tərəfindən 58,799 mln. manat sığorta haqqı toplanıb, 24,703 mln. manat həcmində ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə bu sığorta növü üzrə yığımlar 0,13% azalıb, ödənişlər isə əksinə 17,1% artıb.

Qeyd edək ki, hesabat dövründə ölkə üzrə məcmu sığorta yığımları illik 5,4% artaraq 355,977 mln. manat, ödənişlər isə 32,8% artaraq 131,405 mln. manat təşkil edib.Yığımların 126,464 mln. manatı (35,5%), ödənişlərin isə 34,643 mln. manatı (26,4%) icbari sığorta bazarının payına düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi