Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın həyat sığortası bazarı 44% artıb

    Bu ilin 11 ayında həyat sığortası üzrə ödənişlər isə 8 dəfə artıb

    Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanmış haqların 24%-i və ya 91,75 mln. manatı həyat sığortasının payına düşüb.

    Azərbaycan Sığortaçılar Assosiasiyasından "Report"a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 43,8% genişlənib.

    Həyat sığortası sahəsində yığımların 53%-i (48,6 mln. manat) həyatın yaşam sığortası, 30%-i (27,6 mln. manat) istehsalatda bədbəxt hadisələrdən sığorta, 16,6%-i (15,3 mln. manatı) həyatın ölüm halından sığortası, 0,4%-i (343 min manat) isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

    Hesabat dövründə həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin həcmi 26,8 mln. manat təşkil edib. Bu, ölkə üzrə ümumi sığorta ödənişlərinin 18,7%-ni təşkil etməklə ötən ilin eyni dövrünə nisbətən 7,6 dəfə çoxdur.

    Həyat sığortası üzrə ödənişlərin 87,8%-ni (23,6 mln. manat) həyatın yaşam sığortası, 7,8%-ni (2,1 mln. manat) istehsalatda bədbəxt hadisələrdən sığorta, 4,2%-ni (1,13 mln. manat) həyatın ölüm halından sığortası, cəmi 0,2%-ni (62,5 min manat) isə sağalmaz xəstəliklərlə bağlı sığorta xidməti təşkil edib.

    Bu ilin ilk 11 ayında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 29,3 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-noyabr aylarında isə bu göstərici 5,5 manat olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi