Azərbaycanın gələnilki dövlət büdcəsi üzrə gəlir və xərc proqnozları artırılıb

Azərbaycanın gələnilki dövlət büdcəsi üzrə gəlir və xərc proqnozları artırılıb Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərinin ilkin proqnoza nisbətən 251 mln. manat artırılaraq 23 168 mln. manata, xərclərinin isə ilkin proqnoza nisbətən 410 mln. manat artırılaraq 25 190 mln. manata çatdırılması nəzərdə tutulub.
Maliyyə
27 Noyabr , 2018 13:04
Azərbaycanın gələnilki dövlət büdcəsi üzrə gəlir və xərc proqnozları artırılıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərinin ilkin proqnoza nisbətən 251 mln. manat artırılaraq 23 168 mln. manata, xərclərinin isə ilkin proqnoza nisbətən 410 mln. manat artırılaraq 25 190 mln. manata çatdırılması nəzərdə tutulub.

"Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcəyə deputatların təklifləri nəzərə alınmaqla edilmiş dəyişiklikləri açıqlayarkən məlumat verib.

Onun sözlərinə görə, büdcə gəlirlərinin və xərclərinin artımı əsasən Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalarda gözlənilən artım hesabına baş tutacaq.

“2019-ci il üçün büdcə kəsrinin isə 159 mln. manat artırılaraq 2 022 mln. manata çatdırılması hədəflənib. Amma kəsrin ümumi daxili məhsula nisbəti dəyişməyəcək və 2,5% təşkil edəcək”, - deyə nazir qeyd edib. 

Son xəbərlər

Orphus sistemi