Azərbaycanın eyni adlı bankı və sığorta şirkəti nizamnamə kapitalını kəskin artırıb

Azərbaycanın eyni adlı bankı və sığorta şirkəti nizamnamə kapitalını kəskin artırıb “Xalq Bank” ASC nizamnamə kapitalını 139 693 944 manat və yaxud 62,1% artıraraq 225 078 600 manatdan 364 772 544 manata çatdırıb.
Maliyyə
14 İyun , 2019 16:33
Azərbaycanın eyni adlı bankı və sığorta şirkəti nizamnamə kapitalını kəskin artırıb

“Xalq Bank” ASC nizamnamə kapitalını 139 693 944 manat və yaxud 62,1% artıraraq 225 078 600 manatdan 364 772 544 manata çatdırıb.

“Report” xəbər verir ki, kapital artımı Bankın dövriyyədə olan 3 630 300 ədəd səhminin nominal dəyərinin 62 manatdan 100,48 manata çatdırılması hesabına baş tutub.

“Xalq Bank”la yanaşı, “Xalq Sığorta” ASC də nizamnamə kapitalını eyni üsulla artırıb. Belə ki, şirkətin dövriyyədə olan 7,39 milyon ədəd səhminin nominal dəyəri 6,25 manatdan 7,95 manata çatdırılıb. Son nəticədə “Xalq Sığorta”nın nizamnamə kapitalı 12 563 000 manat və yaxud 27,2% artaraq 46 187 500 manatdan 58 750 500 manata çatıb. 

Son xəbərlər

Orphus sistemi