Yuxarı

Azərbaycanın əksər maliyyə qurumları Milli Depozit Mərkəzinin xidmətindən istifadə etmir - MONİTORİNQ

​Azərbaycanın əksər maliyyə qurumları MDM-in xidmətindən yararlanmır

İran və Pakistan Milli Banklarının Bakı filialları istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən qalan 28 bank, eləcə də “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi – “PAŞA Yatırım Bankası” Milli Depozit Mərkəzinin (MDM) xidmət göstərdiyi emitentlər sırasındadır, yəni ölkənin qiymətli kağızlar bazarının iştirakçısıdır.

“Report” bu barədə MDM-ə istinadən xəbər verir.

Bununla yanaşı, qurumun emitentlərinin siyahısında ölkədəki 42 bank olmayan kredit təşkilatından (BOKT) 11-nin də adı var. Söhbət “Azərbaycan Mikro-Kredit”, “City Finance”, “Merkuri”, “Asel Kredit”, “TBC Kredit” və “Viza Kredit” MMC-lər, “Finex Kredit”, “Finoko”, “Para” və “TCF” ASC-lər və “Aqrarkredit” QSC-dən gedir.

49 kredit ittifaqından isə siyahıda adı olan yoxdur.

Lizinq şirkətlərini kapital bazarında “Ekolizinq” MMC, “Aqrolizinq”, “Atalizinq” “BTB Leasing”, “Finans Lizinq”, “Meqa Lizinq”, “Qafqaz Lizinq”, “Prior Leasing” və “Union Lizinq” ASC-lər, “AGLizinq”, “Beynəlxalq Lizinq” və “MCB Lizinq” QSC-lər təmsil edir. Bu, lizinq bazarı iştirakçılarının təxminən 1/10-i deməkdir.

MDM-in sığorta sektorundan emitentləri isə “Atəşgah Sığorta”, “Xalq Həyat Sığorta” “Qala Sığorta”, “Naxçıvan Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lər istisna olmaqla qalan 17 sığorta şirkəti, eləcə də “AzReTəkrarsığorta” ASC-dir.

İnvestisiya şirkətlərindən isə siyahıda “Azfinance”, “Xalq Kapital”, “PAŞA Kapital” və “PSG Kapital” QSC-lər, eləcə də “Plato Capital and Co.” Və “Unicapital” ASC-lər var. Başqa sözlə, 2 investisiya şirkəti – “BTB Kapital” ASC və “İnvest-AZ” QSC MDM-in xidmət göstərdiyi emitentlər siyahısında deyil. Bununla yanaşı, “Bakı Fond Birjası” QSC də sözügedən siyahıdadır.

Mərkəzi Depozitari həmçinin bir sıra dövlət qurumlarına (Azərbaycan Mərkəzi Bankı, İpoteka və Kredit Zəmanət Fondu, Maliyyə Nazirliyi), Dövlət Neft Şirkətinə (SOCAR), dövlətə məxsus bir sıra səhmdar cəmiyyətlərinə (“Azərbaycan Hava Yolları” və “Azərbaycan Dəmir Yolları” QSC, “Azərenerji”, “Azərişıq” və “Azəristiliktəchizat” ASC-lər və s.), iri holdinqlərə (“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, “AB Standard” QSC və s.) xidmət göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi