Azərbaycanın büdcə kəsiri son bir ildə 69 dəfə artıb

Azərbaycanın büdcə kəsiri son bir ildə 69 dəfə artıb Büdcə gəlirləri 16%, xərcləri isə 10% azalıb
Maliyyə
14 Dekabr , 2016 15:11
Azərbaycanın büdcə kəsiri son bir ildə 69 dəfə artıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinə 12 965,5 mln. manat vəsait daxil olub. 

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,11% azdır.

Hesabat dövründə büdcədən xərclənmiş vəsait isə 13 927,4 mln. manat olub ki, bu da illik müqayisədə 9,97% azdır.

Nəticədə, bu ilin ilk 11 ayında büdcənin icrasında 961,9 mln. manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 69,2 dəfə çox kəsir yaranıb. Büdcə kəsirinin ölkənin ümumi daxili məhsuluna nisbəti isə 0,03%-dən 1,8%-ə yüksəlib.

Son xəbərlər

Orphus sistemi