Azərbaycanın dərman idxalçısı nizamnamə kapitalını formalaşdırır

Azərbaycanın dərman idxalçısı nizamnamə kapitalını formalaşdırır Maliyyə Bazarlarına Nəzarət Palatası “Avromed Company”nin səhm emissiyasını qeydə alıb
Maliyyə
3 Noyabr , 2016 11:09
Azərbaycanın dərman idxalçısı nizamnamə kapitalını formalaşdırır

Bakı. 3 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Avromed Company” QSC-nin səhm emissiyasını qeydə alıb. Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 50 manat olan 1 140 ədəd adi səhmin dövriyyəyə buraxlmasını nəzərdə tutur. AZ1001019913 nömrəsi ilə dövlət qeydiyyatına alınan emissiya şirkətə 57 min manatlıq nizamnamə kapitalı formalaşdırmağa imkan verəcək. Səhmlər qapalı üsulla yerləşdiriləcək.

Xatırladaq ki, "Avromed Company" 2002-ci ildə yaradılıb, Azərbaycana xaricdən dərman və tibbi preparatların idxalı ilə məşğuldur. 

Son xəbərlər

Orphus sistemi