Azərbaycanın daha bir gəmisi beynəlxalq sularda üzəcək

Azərbaycanın daha bir gəmisi beynəlxalq sularda üzəcək Bakı. 11 oktyabr. REPORT.AZ/ Bundan sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) daha bir quru yük gəmisi – “Mahmud Rəhimov” Azov-Qara-Aralıq dənizlərində istismar olunacaq.
Maliyyə
11 Oktyabr , 2018 16:12
Azərbaycanın daha bir gəmisi beynəlxalq sularda üzəcək
0 : 00
0 : 00

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bundan sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) daha bir quru yük gəmisi – “Mahmud Rəhimov” Azov-Qara-Aralıq dənizlərində istismar olunacaq. 

Bu barədə “Report”a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, artıq gəmi Türkmənistandan yük götürərək Bolqarıstana doğru istiqamət alıb. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçən gəmi bu gün Rostov limanına çatacaq. Burada müvafiq sənədləşmə aparıldıqdan sonra Bolqarıstanın ən iri limanı olan “Burgas”a gedəcək.

Universal quru yük gəmisinin istismarına nəzarəti AXDG-nin beynəlxalq sularda üzən digər gəmiləri kimi Gəmiçiliyin Bakıdakı baş ofisi, texniki xidməti isə şirkətin Türkiyə nümayəndəliyi həyata keçirəcək.

“Mahmud Rəhimov” gəmisinin daimi heyəti 16 nəfərdən ibarətdir. Dedveyti 4485 ton, yükgötürmə qabiliyyəti 4100 ton, sürəti 11 uzel, uzunluğu 117,5, eni 16,5 metr olan gəmi AXDG-nin xaricdə quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək.

Xatırladaq ki, AXDG-nin Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. “Mahmud Rəhimov” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 14-ə çatıb. Onlardan 12-si quru yük, ikisi tankerdir.

Son xəbərlər

Orphus sistemi