Azərbaycanın BVF ilə əlaqələrinin hazırkı vəziyyəti müzakirə olunub

Azərbaycanın BVF ilə əlaqələrinin hazırkı vəziyyəti müzakirə olunub Azərbaycanın maliyyə naziri BVF-nin icraçı direktorunun müavinini qəbul edib
Maliyyə
1 May , 2015 18:25
Azərbaycanın BVF ilə əlaqələrinin hazırkı vəziyyəti müzakirə olunub

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov mayın 2-4-də Bakıda keçiriləcək Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasının 48-ci İllik Toplantısında iştirak etmək üçün Azərbaycana səfər edən Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktorunun müavini Mitsuhiro Furusavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un verdiyi xəbərə görə, görüşdə Azərbaycan iqtisadiyyatı, cari il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, BVF ilə mövcud əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb, Azərbaycanda davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğu, ölkədə əlverişli biznes və investisiya mühitinin yaradıldığı, iqtisadi inkişafda özəl sektorun rolunun artırıldığı qeyd olunub.

Eyni zamanda, ADB-nin Direktorlar Şurasının illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd olunub, tədbirə hazırlığın yüksək səviyyədə təşkil edildiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi