Azərbaycanın büdcə təşkilatları ötən il 90 mln. manata qənaət edib

Azərbaycanın büdcə təşkilatları ötən il 90 mln. manata qənaət edib Bakı. 22 may. REPORT.AZ/ 2017-ci ilin sonunda büdcə təşkilatlarının istifadə etməyərək geri qaytardığı vəsaitin məbləği, təxminən, 90 mln. manat olub.
Maliyyə
22 May , 2018 12:53
Azərbaycanın büdcə təşkilatları ötən il 90 mln. manata qənaət edib
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ 2017-ci ilin sonunda büdcə təşkilatlarının istifadə etməyərək geri qaytardığı vəsaitin məbləği, təxminən, 90 mln. manat olub.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.

"Ötən il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlər azalıb, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları isə artıb. Əvvəlki illə müqayisədə yerli və mərkəzləşdirilmiş gəlirlərdə azalma olsa da, proqnoza qarşı isə mərkəzləşdirilmiş gəlirlər kəsirlə, yerli gəlirlər isə artıqlaması ilə təmin olunub", - o qeyd edib. 

V.Gülməmmədovun sözlərinə görə, 2017-ci ildə ümumi büdcə xərclərinin 46,6%-i ilin I yarısında icra olunub.

"Ötən il 8 900 ədəd olmaqla ümumilikdə 4,424 mlrd. manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Satınalmaların sayı ilin I və II yarısında bərabər paylanılıb. 7 630 satınalma müsabiqəli şərtlə keçirilib. Xərclərin icrasında sosail təminat, sosial müdafiə bölmələri 100,1% icra edilib", - o deyib.

Son xəbərlər

Orphus sistemi