Azərbaycanın boru istehsalçısı istiqraz buraxır

Azərbaycanın boru istehsalçısı istiqraz buraxır Bakı. 24 oktyabr. REPORT.AZ/
Maliyyə
24 Oktyabr , 2017 17:52
Azərbaycanın boru istehsalçısı istiqraz buraxır

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Bakı Fond Birjası" QSC-nin (BFB) “Listinq Məsləhət Proqramı”na (LAP)  qoşulmuş “Metak” MMC bu proqram çərçivəsində istiqraz buraxmağa qərar verib. 

“Report” BFB-yə istinadən xəbər verir ki, şirkət bu məqsədlə “AzFinance İnvestisiya Şirkəti” QSC ilə ilkin razıllq əldə edib.

LMP çərçivəsində növbəti mərhələ qiymətli kağızların buraxılışı, listinqi və yerləşdirlməsini nəzərdə tutur.

Xatırladaq ki, LAP Azərbaycanın kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqi məqsədi daşıyır. “Metak” LAP-a 28 mart 2017-ci il tarixində qoşulub.

Son xəbərlər

Orphus sistemi