Azərbaycanın Beynəlxalq Aktuarlar Assosasiyasına üzvlüyü üçün müzakirələr aparılır

Azərbaycanın Beynəlxalq Aktuarlar Assosasiyasına üzvlüyü üçün müzakirələr aparılır "Həmin Assosiasiyaya tam üzvlük o deməkdir ki, həmin ölkələr bir-birlərinin təhsilini, aktuarlarını qəbul edir"
Maliyyə
22 Aprel , 2015 19:31
Azərbaycanın Beynəlxalq Aktuarlar Assosasiyasına üzvlüyü üçün müzakirələr aparılır

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan Aktuarlar Assosiasiyasının Beynəlxalq Aktuarlar Assosiasiyasının tam həqiqi üzvləri sırasına daxil olması ilə bağlı müzakirələr aparılır.

"Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Aktuarlar Assosiasiyasının Müşahidə Şurasının üzvü Xədicə Nəsirova bu gün Azərbaycanda ilk dəfə olaraq aktuar şəhadətnamələrinin təqdimetmə mərasimində bildirb.

"Aprelin əvvəlində İsveçrədə Beynəlxalq Aktuarlar Asosiasiyasının tədbirində iştirak etdik. Həmin tədbirdə Azərbaycanın həmin assosiasiyaya tam üzvlük məsələsi də müzakirə olundu. Hazırda Beynəlxalq Aktuarlar Assosiasiyasının 67 həqiqi üzvü var. Həmin Assosiasiyaya tam üzvlük o deməkdir ki, həmin ölkələr bir-birlərinin təhsilini, aktuarlarını qəbul edir. Bu bizim sığorta bazarımızın inkişafı üçün əhəmiyyətli addımlardan olar".

Qeyd edək ki, bu gün 27 nəfərə aktuar şəhədatnamələri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi