Azərbaycanın kredit təşkilatları Türkiyə təcrübəsini öyrənir

Azərbaycanın kredit təşkilatları Türkiyə təcrübəsini öyrənir Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanın bəzi bank və bank olmayan kredit təşkilatlarının nümayəndələrinin Türkiyəyə təcrübə səfərini təşkil edib.
Maliyyə
13 Dekabr , 2019 12:59
Azərbaycanın kredit təşkilatları Türkiyə təcrübəsini öyrənir

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanın bəzi bank və bank olmayan kredit təşkilatlarının nümayəndələrinin Türkiyəyə təcrübə səfərini təşkil edib.

"Report" bu barədə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, səfər qurumun Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) icra etdiyi “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti” (AzAFF) layihəsi çərçivəsində baş tutub. Məqsəd AKİA-nın müvəkkil kredit təşkilatlarının və Azərbaycanın digər önəmli kredit təşkilatlarının mütəxəssislərinə Türkiyədəki kənd təsərrüfatı maliyyə bazarları haqqında məlumat vermək və onların Mərkəzləşdirilmiş Kənd Təsərrüfatı Kredit Qiymətləndirilməsi Sistemi haqqında praktik biliklər əldə etməsinə dəstək verməkdir.

Səfər çərçivəsində Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, bu ölkənin əsas kredit təşkilatları ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan nümayəndə heyətinə Türkiyədə hal-hazırda kənd təsərrüfatl sahəsində görülən işlər haqqında məlumat verilib. 3 günlük səfər müddətində Azərbaycanın kredit mütəxəssisləri fermer təsərrüfatları ilə tanış olublar.

Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə 2015-ci ildən həyata keçirdiyi AzAFF layihəsi həm ölkədəki fermerlərə texniki dəstək verilməsi, həm də kredit təşkilatlarına kənd təsərrüfatı istehsalçılarının kredit təminatını yaxşılaşdırması üçün dəstək təklif edir. Azərbaycanda bütün kredit təşkilatlarınn istifadəsi üçün açıq olan mərkəzləşdirilmiş AzALES - Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirmə Sistemi AzAFF layihəsi çərçivəsində qurulub.

Son xəbərlər

Orphus sistemi