Azərbaycanın bank sektoru ötən ili 884 milyon manat xalis mənfəətlə başa vurub

Azərbaycanın bank sektoru ötən ili 884 milyon manat xalis mənfəətlə başa vurub Bakı. 2 fevral. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan banklarının faiz gəlirləri 1 775,2 mln. manat (2016-cı illə müqayisədə 11% az), o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 282,7 mln. manat (24,6% az), faiz xərcləri 824,9 mln. manat (24,9% az), o cümlədən depozitlər üzrə faiz xərcləri 373,4 mln. manat (19,1% az), qeyri-faiz gəlirləri 938,5 mln. manat (2016-cı ildə zərər olub), qeyri-faiz xərcləri 980,6 mln. manat (1,8% az) təşkil edib.
Maliyyə
2 Fevral , 2018 21:36
Azərbaycanın bank sektoru ötən ili 884 milyon manat xalis mənfəətlə başa vurub

Bakı. 2 fevral. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan banklarının faiz gəlirləri 1 775,2 mln. manat (2016-cı illə müqayisədə 11% az), o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 282,7 mln. manat (24,6% az), faiz xərcləri 824,9 mln. manat (24,9% az), o cümlədən depozitlər üzrə faiz xərcləri 373,4 mln. manat (19,1% az), qeyri-faiz gəlirləri 938,5 mln. manat (2016-cı ildə zərər olub), qeyri-faiz xərcləri 980,6 mln. manat (1,8% az) təşkil edib.

Bu barədə “Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, son nəticədə ötən il bank sektorunun əməliyyat mənfəəti 908,2 mln. manat olub (əvvəlki ilə əməliyyat zərəri olub).

2017-ci ildə banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması xərclərinə 26,5 mln. manat qənaət ediblər (2016-cı ildə xüsusi ehtiyatlara pul ayırmışdılar), digər mənbələrdən illik müqayisə 56,4% az - 4,1 mln. manat gəlir əldə ediblər, 29,9% çox - 55,2 mln. manat mənfəət vergisi ödəyiblər.

Bununla da, sektorun illik xalis mənfəəti 883,6 mln. manat təşkil edib. Bunun 290,9 mln. manatı dekabrda əldə edilib. Xatırladaq ki, banklar 2016-cı ili 1 667,6 mln. manat xalis zərərlə başa vurmuşdu.

Son xəbərlər

Orphus sistemi