Yuxarı

Azərbaycanın bağlanmış bankının Gürcüstandakı törəməsinə müvəqqəti inzibatçı təyin edilib

Qafqaz İnkişaf Bankı-Gürcüstanın bank sektorunun aktivlərində payı 0,14%-dir

Bakı. 19 avqust. REPORT.AZ/ Gürcüstan Milli Bankı (GMB) Azərbaycanın lisenziyası ləğv edilmiş "Qafqaz İnkişaf Bankı" ASC-nin bu ölkədəki törəməsinə müvəqqəti inzibatçı təyin edib. "Report" xəbər verir ki, bu barədə GMB-nin rəsmi internet səhifəsində bildirilir.

Açıqlamada qeyd olunur ki, "Qafqaz İnkişaf Bankı-Gürcüstan" ölkənin bank sektorunun aktivlərinin 0,14%-nə malikdir və müştərilərə xidmət göstərməkdə davam edəcək. Bankın kapitalı və likvidliyi kifayət qədər yüksəkdir və lazım gələrsə, müvəqqəti inzibatçı kreditorlar, o cümlədən əmanətçilər qarşısında öhdəlikləri yerinə yetirməyə hazırdır.

"Bununla yanaşı, biz bəyan edirik ki, Gürcüstanın bank sektoru sağlamdır, beynəlxalq təcrübəyə uyğun idarə edilir və Milli Bankın qərarları bu sahənin sabitliyinə, dayanıqlılığına xidmət edir", - deyə GMB-nin açıqlamasında deyilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi