Azərbaycanın AIIB-də payı azalıb

Azərbaycanın AIIB-də payı azalıb Azərbaycanın Bankda iştirak payı 254,1 mln. dollar civarındadır
Maliyyə
3 Oktyabr , 2016 14:18
Azərbaycanın AIIB-də payı azalıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu ilin iyun-sentyabr ayları ərzində Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankındakı (AIIB) iştirak payı 0,0107 faiz bəndi azalaraq 0,2851%-ə düşüb.

“Report”un banka istinadən verdiyi xəbərə görə, bu, banka yeni üzv olan ölkələrin üzvlüklərinin ratifikasiyası ilə əlaqədardır.

Məlumata görə, son 4 ayda rəsmi Bakının AIIB-də səsvermə hüququ da 0,0222 faiz bəndi azalıb. Hazırda Azərbaycanın səsvermə hüququ 0,5504% həddindədir.

Azərbaycanın bankda iştirak payı 254,1 mln. ABŞ dolları həddindədir. Əlavə edək ki, iyulda İtaliyanın, avqustda isə Misirin AIIB-ə üzvlüyü ratifikasiya olunub.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü isə 2016-cı il iyunun 24-də ratifikasiya edilib.

Son xəbərlər

Orphus sistemi