Yuxarı
    Bağlamaq

    Azərbaycanla Aİ ölkələri arasında ticarət dövriyyəsi artıb

    Dövriyyəin müsbət saldosunda 75% artım qeydə alınıb© Report.az

    Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 4,3% artaraq bu ilin yanvar-may aylarında 2 736,6 mln. ABŞ dollarına çatıb.

    Bu barədə "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, bu müddətdə Aİ-yə ixrac 20,9% artaraq 2 076,2 mln. dollar, Aİ-dən idxal isə 27,2% azalaraq 660,35 mln. dollar təşkil edib. Beləliklə, Aİ ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu 74,6% artaraq 1 415,9 mln. dollara yüksəlib.

    Üç ay ərzində Azərbaycanın cəmi ixracının 46,7%-i, idxalının isə 23,4%-i Aİ ölkələrinin payına düşüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi