Yuxarı

Azərbaycanın 4 sığorta şirkəti "e-imza" ilə satışa başlayıb

Bu, AXA-Mbask, Xalq Sığorta, Atəşgah Sığorta və Azsığorta şirkətləridir

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 4 sığorta şirkəti - “elektron imza”dan istifadə etməklə onlayn qaydada sığorta şəhadətnaməsi satmağa başlayıb.

"Report"un "Elektron Hökumət" portalına istinadən verdiyi xəbərə görə, bu, "AXA-Mbask", "Xalq Sığorta", "Atəşgah Sığorta" və "Azsığorta" ASC-lərdir. 

Bu şirkətlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Sertifikat Xidməti Mərkəzinin (MSMX) yaratdığı serverə əsaslanan imzalama sisteminə inteqrasiya edilib. Sözügedən server onlayn ödəniş, bankçılıq və digər elektron xidmətlər təqdim edən təşkilatların arayışlarını və digər vacib sənədləri qurumun səlahiyyətli şəxslərinin adından avtomatik imzalamaq imkanına malikdir. Sistem sığorta şirkətlərinə vətəndaşın elektron müraciətini gücləndirilmiş e-imza ilə təsdiq edərək tələb olunan quruma (icbari sığorta bürosuna) göndərmək imkanı verir.

Serverə əsaslanan imzalama sistemi tam təhlükəsizdir. Təhlükəsizliyin təmin edilməsi üçün açarlar "USB token" vasitəsi ilə qorunur və tam dayanıqlığı təmin edilir. Sistem il ərzində avtomatik olaraq milyonlarla imzanın yaradılmasını təmin edir. Xidmətdən istifadə etmək istəyən təşkilatlar Milli Sertifikat Xidməti Mərkəzinə müraciət edib server üzərində elektron sənədlərin imzalaması üçün imza sertifikatı və xidməti açar əldə edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi