Azərbaycanın 20 sığortaçısının məcmu xalis mənfəəti 35% azalıb - İCMAL

Azərbaycanın 20 sığortaçısının məcmu xalis mənfəəti 35% azalıb - İCMAL Bu göstərici ötən il 43 mln. manata yaxın olub
Analitika
20 Aprel , 2018 11:35
Azərbaycanın 20 sığortaçısının məcmu xalis mənfəəti 35% azalıb - İCMAL

Bakı. 20 aprel. REPORT.AZ/ “Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin 2017-ci ildə məcmu gəlirləri 617,832 mln. manat təşkil edib.

“Report”un məlumatına görə, bu, 2016-ci ilə nisbətən (ləğvetmə prosesində olan şirkətlər nəzərə alınmadan) 5,8% çoxdur.

Hesabat ilində sığortaçıların məcmu xərcləri isə 12,6% artaraq 563,368 mln. manat olub. Şirkətlərdən 8-nin gəlirləri, 10-nun isə xərcləri artıb.

Ötən ilin yekununda sığortaçıların ümumi maliyyə mənfəəti 54,464 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 34,95% azdır. 2 şirkətdə (“Atəşgah Həyat Sığorta” və “Bakı Sığorta” ASC-lər) maliyyə mənfəəti artıb, 12 şirkətdə azalıb. 5 şirkət (“AXA MBask”, “Atəşgah Sığorta”, “Azsığorta”, “Qala Sığorta” və “Rəvan Sığorta” ASC-lər) maliyyə zərərinə uğrayıb (həmin şirkətlər əvvəlki il maliyyə mənfəəti əldə ediblər), 1 şirkət (Standard Insurance” ASC) isə maliyyə zərərindən maliyyə mənfəətinə keçib.

2017-ci ildə sığorta şirkətləri 11,561 mln. manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2016-cı illə müqayisədə 34% azdır. Ötən il 20 şirkətdən 10-u vergi ödəməyib ki, bunlardan 5-i yuxarıda qeyd olunan zərər etmiş şirkətdir. 2017-ci ildə mənfəətlə işləməsinə baxmayaraq vergi ödəməmiş 5 şirkət isə “Amrah Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Günay Sığorta”, “Standard Insurance” ASC-lər, eləcə dədövlətə məxsus “Azərsığorta”dır. “Amrah Sığorta” və “Standard Insurance” 2016-ci ildə də mənfəət vergisi ödəməyib. Halbuki, 1-ci şirkət əvvəlki ili də mənfəətlə mənfəətlə başa vurub.

Ötən ilin yekununda Azərbaycan sığortaçılarının ümumi xalis mənfəəti isə 42,902 mln. manat olub. Bu da əvvəlki illə müqayisədə 35,2% azdır. 2017-ci ildə maliyyə mənfəətini artırmış 2 şirkət həm də xalis mənfəətini artırıb. 1 şirkət – “Azərsığorta” maliyyə mənfəətini artırmağı bacarmasa da, xalis mənfəətini artıra bilib. Maliyyə mənfəəti azalmış 11 şirkətin həm də xalis mənfəəti azalıb. 

Son xəbərlər

Orphus sistemi