Yuxarı

Azərbaycanın 2 bankı və 1 investisiya şirkəti nizamnamə kapitalını artırır

Maliyyə Bazarlarına Nəzarət Palatası onların əlavə səhm buraxılışlarını dövlət qeydiyyatına alıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Turanbank" ASC-nin hər birinin nominal dəyəri 1 082 manat olan 4 622 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışını dövlət qedyiyyatına alıb. Bu barədə "Report"a Palatadan bildirilib.

Bundan başqa, palatanın qərarı ilə "Unibank" ASC-nin hər birinin nominal dəyəri 2,72 manat olan 20 220 589 ədəd adi sənədsiz səhmlərinin və "AzFinance İnvestisiya Şirkəti" QSC-nin hər birinin nominal dəyəri 1 000 manat olan 550 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı dövlət qeydiyyatına alınıb.

Hər 3 cəmiyyətin səhmlərinin qapalı üsulla yerləşdirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, yerləşdirmə uğurlu reallaşarsa, "Turanbank"ın nizamnamə kapitalı 10% artaraq 50 002 466 manatdan 55 003 470 manata, "Unibank"ın nizamnamə kapitalı 78% artaraq 70 565 232 manatdan 125 565 234 manata, "Azfinance"ın nizamnamə kapitalı isə 55% artaraq 1 mln. manatdan 1,55 mln. manata yüksələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi