​Azərbaycandan qeyri-neft məhsullarının ixracı 40% azalıb

​Azərbaycandan qeyri-neft məhsullarının ixracı 40% azalıb İxrac olunan məhsullar aylıq müqayisədə 5,4% bahalaşıb
Maliyyə
29 İyun , 2016 13:50
​Azərbaycandan qeyri-neft məhsullarının ixracı 40% azalıb

Bakı. 29 iyun. REPORT.AZ/ Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft ixracı 334,7 mln. ABŞ dolları təşkil edib. "Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, bu da ötən ilin yanvar-aprel aylarına nisbətən müqayisəli qiymətlərlə 39,5% azdır. Qeyd edək ki, 2015-ci ildə isə 2014-cü ilə nisbətən 34,8% artım müşahidə olunub.

Buna baxmayaraq, cəmi ixracda qeyri-neft məhsullarının xüsusi çəkisində ciddi dəyişiklik olmayıb və bu müddətdə ümumi ixcracın strukturunda qeyri-neft ixracının xüsusi çəkisi 13,97%-dən 13,66%-ə enib.

Cari ilin aprel ayında ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 5,4%, MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri 1,7% artıb, digər ölkələrə ixrac olunan məhsullar isə 5,9% bahalaşıb. 

Eyni zamanda, apreldə idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 0,2%, MDB ölkələrindən idxal - 1,9 % bahalaşıb, digər ölkələrdən idxal olunan məhsullar isə 0,3% ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi