Azərbaycandakı xarici bankın kredit portfelinin 61%-i problemlidir

Azərbaycandakı xarici bankın kredit portfelinin 61%-i problemlidir ​Bank minimal kapitalla bağlı tələbi pozub
Maliyyə
12 Noyabr , 2015 11:53
Azərbaycandakı xarici bankın kredit portfelinin 61%-i problemlidir

Bakı. 12 noyabr. REPORT.AZ/ "Pakistan Milli Bankı" Bakı filialının aktivləri cari ilin əvvəli ilə müqayisədə 2,49% azalaraq oktyabrın 1-nə 10,9 mln. manat təşkil edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə müştərilərə 2,2 mln. manat həcmində kredit verilib ki, bu da iln əvvəli ilə müqayisədə 11,2% azdır. Cari il oktyabrın 1-nə kredit portfelinin 61,4%-nin və ya 1,357 mln. manatının ödəniş vaxtı keçib.

Bankın depozit portfeli ilin əvvəli ilə müqayisədə 32,5% artaraq 648,7 min manatdan 859,5 min manata çatıb. Hesabat dövründə fiziki şəxslərin depozitləri 2,2 dəfə artaraq 102,2 min manata yüksəlib.

Qeyd edək ki, cari il oktybarın 1-nə Bankın nizamnamə kapitalı 9,4 mln. manat, məcmu kapitalı 9,7 mln. manat təşkil edib. Bu isə Mərkəzi Bankın kapital tələbindən (50 mln. manat) 5 dəfə azdır. 

Son xəbərlər

Orphus sistemi