Azərbaycandakı sığortaçılar "Yaşıl Kart"a dekabrın 21-dək müraciət etməlidir

Azərbaycandakı sığortaçılar "Yaşıl Kart"a dekabrın 21-dək müraciət etməlidir Əks halda sığortaçının yanvarın 1-dən icbari avtosığorta üzrə fəaliyyəti məhdudlaşdırılacaq
Maliyyə
30 Noyabr , 2015 17:52
Azərbaycandakı sığortaçılar Yaşıl Karta dekabrın 21-dək müraciət etməlidir

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanda “Yaşıl Kart” beynəlxalq sığorta sistemi üzrə fəaliyyət göstərmək istəyən sığortaçılar dekabrın 21-dək Yaşıl Kart sığortaçılarının Reyestrinə daxil olmaq üçün İcbari Sığorta Bürosuna (İSB) müraciət etməlidir. 

"Report"un İSB-yə istinadən verdiyi xəbərə görə, iştirakçı sığortaçılar göstərilən tarixədək Reyestrə daxil edilməsə və Yaşıl Kart blanklarının alınması üçün Büroya müraciət etməzsə və ya bununla bağlı təqdim etdiyi sənədlərdə hər hansı uyğunsuzluq və ya çatışmazlıq olarsa, həmin sığortaçının 2016-ci il yanvarın 1-dən etibarən İSB-nin informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, İSB-nin Himayəçilər Şurasının Yaşıl Kart sistemi üzrə iclası keçirilib. İclasda Büronun iştirakçı sığortaçılarının “Yaşıl Kart” sistemində iştirakı ilə bağlı “Azərbaycan Yaşıl Kart blanklarının forması, onların çap olunması, doldurulması və uçotu Qaydaları”, “Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət Qaydaları”, “Bağlanmış Yaşıl Kart müqavilələri üzrə təqvim haqlarının ödənilməsi Qaydaları”, “Yaşıl Kart Təkrarsığorta Daxılının təşkili və işləmə Qaydaları” sənədləri təsdiq olunub.

Son xəbərlər

Orphus sistemi