Azərbaycandakı sığorta şirkətlərinin 14-də yığım azalıb

Azərbaycandakı sığorta şirkətlərinin 14-də yığım azalıb Toplanmış sığorta haqlarının məbləğinə görə ilk yeri "Paşa Sığorta" şirkəti tutub
Maliyyə
22 Fevral , 2016 12:25
Azərbaycandakı sığorta şirkətlərinin 14-də yığım azalıb

Bakı. 22 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə ilk yeri “Paşa Sığorta” şirkəti tutub. Şirkət 35,2 mln. manat sığorta haqqı toplayıb.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, sonrakı yerlərdə qərarlaşmış “İpək Yolu Sığorta”nın yığımları 8,6 mln. manat, “Paşa Həyat Sığorta”nın yığımları isə 7,1 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə ilk beşliyi “Atəşgah Sığorta” (4,9 mln. manat) və “Qala Həyat Sığorta” (3 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, bazarın 77%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 59 mln. manat) düşür.

Ən az sığorta haqqı toplayan isə “Başak İnam” (72 min manat), “Bakı Sığorta” (53 min manat), “Rəvan Sığorta” (49 min manat), “Amrah Sığorta” (3 min manat), “Azərqarant” (2 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 180 min manat olub və məcmu sığorta yığımlarının 0,2%-ni təşkil edib.

Ümumilikdə, 25 sığorta şirkətindən 1-də sığorta haqlarının məbləği 35 mln. manatdan çox, 2-də 5 mln. manatdan çox, 10 şirkətdə 1 mln. manatdan çox, 2 şirkətdə 500 min manatdan çox, 5 şirkətdə 100 min manatdan çox, 5 şirkətdə isə 100 min manatdan aşağı olub. Şirkətlərdən 11-də sığorta haqlarının artımı, 14-də isə azalması baş verib.

Sığorta ödənişlərinin məbləğinə görə də 1-ci “Paşa Sığorta” şirkətidir (3,3 mln. manat). Sonrakı yerləri tutmuş “Atəşgah Həyat Sığorta”nın ödənişləri 2,5 mln. manat, “Paşa Həyat Sığorta”nın ödənişləri isə 1,8 mln. manat təşkil edib. Ödənişlərin məbləğinə görə ilk beşliyi “Atəşgah Sığorta” (994 min manat) və “Azərsığorta” (762 min manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 70%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 9 mln. manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Başak İnam” (4 155 manat), “Qala Həyat Sığorta” (2 195 manat), “İpək Yolu Sığorta” (2 102 manat), “Amrah Sığorta” (1 013 manat), “Günay Sığorta” (686 manat) və “Azərqarant” (60 manat) olub. “Qala Sığorta” şirkəti isə ay ərzində ümumiyyətlə ödəniş etməyib. Bu şirkətlərin ümumi göstəricisi təxminən 10 min manat olub ki, bu da ödənişlərin 0,8%-ni təşkil edir.

Ümumilikdə, 25 sığorta şirkətindən 3-də ödənişlərin məbləği 1 mln. manatdan çox, 6 şirkətdə 500 min manatdan çox, 7 şirkətdə 100 min manatdan çox, 9 şirkətdə isə 100 min manatdan aşağıdır. Şirkətlərdən 8-də sığorta ödənişlərinin artımı, 16-da isə azalması baş verib. Şirkətlərdən birində - “Qala Sığorta”da isə həm ötən ilin, həm də bu ilin yanvarında ödəniş olmadığı üçün dinamika qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi