Azərbaycandakı BOKT-lardan biri yenidən kredit ittifaqı olub

Azərbaycandakı BOKT-lardan biri yenidən kredit ittifaqı olub Maliyyə Bazarlarına Nəzarət Palatası BOKT lisenziyasının verilməməsinin səbəbini açıqlamır
Maliyyə
14 İyun , 2017 09:56
Azərbaycandakı BOKT-lardan biri yenidən kredit ittifaqı olub
Report

Bakı. 14 iyun. REPORT.AZ/ Təxminən 1 il bundan əvvəl bank olmayan kredit təşkilatına (BOKT) çevrilmiş “Ağan Kredit İttifaqı” MMC (İmişli rayonu) yenidən əvvəlki təşkilati-hüquqi formaya qayıdıb və kredit ittifaqına çevrilib.

Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, sözügedən maliyyə qurumu BOKT kimi Vergilər Nazirliyində dövlət qeydiyyatından keçdikdən sonra nizamnamə kapitalının BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat olmasını əsas gətirərək lisenziya üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Palata isə bu müraciətə mənfi cavab verib və İttifaqa əvvəlki təşkilati-hüquqi formaya qayıtmaq tövsiyə olunub. “Ağan”a BOKT lisenziyasının verilməməsinin səbəbi açıqlanmır.

Xatırladaq ki, “Ağan Kredit İttifaqı” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 300 335 manatdır. 

Son xəbərlər

Orphus sistemi