Azərbaycandakı bankomat şəbəkəsi 8% genişlənib

Azərbaycandakı bankomat şəbəkəsi 8% genişlənib Bankomata düşən əhalinin orta sayı son bir ildə 3% azalıb
Maliyyə
15 May , 2015 16:21
Azərbaycandakı bankomat şəbəkəsi 8% genişlənib

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanda mövcud bankomatların (ATM) sayı illik müqayisədə 8,2%, ilin əvvəlindən isə 0,96% artaraq 2015-ci il aprelin 1-nə 2 633 ədədə çatıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bankomatların 1 481-i və ya 56,3%-i Bakı, 1 152-si və ya 43,8%-i regionların payına düşüb. Hesabata əsasən, paytaxt və regionlarda bankomatların sayında müşahidə olunan illik artım tempi təqribən eyni olub. Belə ki, paytaxtda bankomatların sayında illik artım 7,9%, regionlarda 7,7% təşkil edib.

Cari il aprelin 1-nə bir bankomata düşən əhalinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, bu göstərici ötən il oktyabrın 1-dən etibarən dəyişməz qalıb. Əgər 2014-cü il aprelin 1-nə əsasən ölkədə 3,8 min nəfərə bir bankomat düşürdüsə, cari ildə bu göstərici 3,7 min nəfərə qədər (2,6%) azalıb.

Son xəbərlər

Orphus sistemi