Azərbaycandakı bankların müştərilərinin sayı azalır

Azərbaycandakı bankların müştərilərinin sayı azalır İki ayda bank müştərilərinin sayı təxminən 300 min azalıb
Maliyyə
9 Mart , 2015 11:21
Azərbaycandakı bankların müştərilərinin sayı azalır

Bakı. 9 mart. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən banklar daha 83,6 min müştərisini itirib. Belə ki, ötən ilin dekabr ayından azalmağa başlayan bank müştərilərinin sayı 2015-ci ilin yanvar ayında 1,6% azalaraq fevralın 1-nə 5,062 mln. şəxsə düşüb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bank müştərilərinin 4,967 mln. nəfərini fiziki, 95,2 minini hüquqi şəxslər təşkil edib. Fiziki şəxslərin sayında 1,6%, hüquqi şəxslərdə isə 1,3% azalma qeydə alınıb. 

Bu müddətdə müştəri hesablarının sayı da ilin əvvəlindən 1,2% azalaraq 14,1 mln., o cümlədən cari hesablar 0,5% azalaraq 10,4 mln., depozit hesabları 0,9% azalaraq 652,4 min təşkil edib. Cari hesabların 10,2 mln.-u fiziki, 166,3 mini hüquqi şəxslərin payına düşüb.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2014-cü ilin dekabr ayı ərzində 210,2 min müştəri itirib. Bank müştərilərinin sayı dekabrda 3,92% azalaraq 2015-ci ilin əvvəlinə 5,146 mln. təşkil edib.

Son xəbərlər

Orphus sistemi