Yuxarı
    Bağlamaq

    ​Ötən il Azərbaycandakı bankların məcmu kapitalı 2 dəfə artıb

    Hazırda kapital adekvatlığı 8%-lik beynəlxalq normaya qarşı 19% təşkil edir

    Bakı. 31 yanvar. REPORT.AZ/ "2014-cü ildə ölkədə ümumi iqtisadi artım 2,2% təşkil edib, iqtisadi artımın aparıcı qüvvəsinə çevrilmiş qeyri-neft sektoru 7% artıb". "Report" xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

    E. Rüstəmovun sözlərinə görə, ötən ildə son 10 ilin ən aşağı inflyasiyası müşahidə olnunub:

    "Əhalinin pul gəlirlərinin artımı inflyasiya tempini üstələyib. İnflyasiya cəmi 1,5% təşkil edib ki, bu da ticarət tərəfdaşı ölkələrindəki orta inflyasiyadan əhəmiyyətli səviyyədə aşağıdır. 2014-cü ildə bankların kapitalizasiyası davam etdirilib. Kapitalizasiya qərarının qəbulundan ötən dövr ərzində bankların məcmu kapitalı təxminən 2 dəfə artıb. Hazırda kapital adekvatlığı 8%-lik beynəlxalq normaya qarşı 19% təşkil edir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi