Yuxarı
    Bağlamaq

    Azərbaycandakı 31 bankdan cəmi 4-ü şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərir

    Bu baxımdan sığorta sektorunda vəziyyət xeyli yaxşıdır
    © Report

    Bakı. 9 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Yaşıl dəhliz” bölməsində açıqladığı şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısında Azərbaycandakı 31 bankdan cəmi 4-nün adı var.

    “Report” xəbər verir ki, bunlar “Accessbank”, “Bank Respublika” və “Ziraat Bank (Azerbaijan)” ASC-lər, eləcə də “Yapı Kredi Bank (Azerbaijan)” QSC-dir.

    Sığorta şirkətləri ilə bağlı vəziyyət isə nisbətən yaxşıdır. Belə ki, 20 sığortaçıdan 14-nün adı sözügedən siyahıda var. Bunlar “AXA Mbask”, “A-Qroup Sığorta”, “Atasığorta”, “Atəşgah Həyat Sığorta”, “Atəşgah Sığorta", “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta", “Bakı Sığorta”, “Xalq Sığorta”, “Qala Həyat Sığorta", “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta” və “Silkway Insurance” ASC-lərdir. Həmçinin ölkənin yeganə təkrarsığorta şirkəti “AzRe Təkrarsığorta” ASC də şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicisidir.

    Siyahıda bank olmayan kredit təşkilatlarından (BOKT) heç birinin adı yoxdur. Yalnız 1 kredit ittifaqının adı həmin siyahıya düşüb. Bu, “Abbas Kredit İttifaqı” MMC-dir.

    Bundan başqa, Azərbaycanın maliyyə bazarında fəaliyyət göstərən investisiya şirkətləri və “Bakı Fond Birjası” QSC də şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicisi deyil. 

    Siyahı ilə http://www.taxes.gov.az/uploads/2017/sheffaf/sh09102017.pdf linki vasitəsilə tanış olmaq olar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi