Yuxarı

​Azərbaycanda yeni maliyyə institutları fəaliyyətə başlayacaq

Yeni platforma 2016-cı ilin birinci yarısında bazar iştirakçılarına təqdim olunacaq

Bakı. 6 oktyabr.REPORT.AZ/ Azərbaycanda kapital bazarının yeni arxitekturasının yaradılmasına başlanılıb. "Report"un verdiyi xəbərə görə bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradov jurnalistlərə məlumat verib. O bildirib ki, yeni arxitektura qəbul edilən yeni "Qiymətli kağızlar haqqında" qanun əsasında yaradılır. Onun sözlərinə görə, yeni platforma 2016-cı ilin birinci yarısında bazar iştirakçılarına təqdim olunacaq.

İ.Muradov bildirib ki, yeni qanunun qəbul olunması olduqca əhəmiyyətli addım olub və yaxın gələcəkdə yeni institutların fəaliyyətinin şahidi olacağıq. Həmçinin kapital bazarında ticarət və post-ticarət təkmilləşdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi