Yuxarı

​Azərbaycanda yaxın vaxtlarda avro yenidən manatdan ucuz ola bilər

Azərbaycanda rəsmi məzənnələr bivalyuta səbəti mexanizminə uyğun deyil

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) bir qədər öncə valyuta siyasətində tətbiqini elan etdiyi bivalyutalı səbət mexanizmindən imtina edib.

"Report" xəbər verir ki, AMB rəhbərliyinin bununla bağlı bəyanatından təxminən 20 gün keçməsinə baxmayaraq, bivalyutalı səbət və onun qiyməti hələ də məlum deyil. Bu mexanizmdən istifadə edən ölkələr səbətin qiymətini rəsmi valyuta məzənnələri ilə birgə hər gün elan edir, hədəf qoyur və bazardakı məzənnə dəyişikliklərini daim izləyir.

"Report"un apardığı hesablamalara görə, devalvasiyanın ilk günü (fevralın 21-də) səbətin tərkibi AMB sədrinin açiqladığı kimi 70% dollar və 30% avrodan ibarət olduğunu nəzərə alsaq, vahid məzənnə 1,0935 manat olub. Bu gün isə həmin nisbətlə bu rəqəm 1,0828-ə bərabərdir. Amma faktiki olaraq səbət dəyişməməli, onun tərkibi dəyişməli idi. Yəni, bu gün dünya bazarında dolların avroya qarşı məzənnəsinin 1,1078 USD/EUR olduğunu nəzərə alsaq, Azərbaycanda dolların rəsmi məzənnəsi 1,0593 AZN/USD, avronun isə 1,1735 AZN/EUR olmalıdır. Reallıqda isə dolların sabitliyini və avronun kəskin dəyişikliklərə məruz qaldığını görürük. Yəni, avro dollara nisbətdə dünya bazarında zəifləməyə davam edərsə, az sonra Azərbaycanda yenidən avronun manatdan daha ucuz olacağını görə bilərik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi