Azərbaycanda xarici valyutada banklararası kreditlər bahalaşıb

Azərbaycanda xarici valyutada banklararası kreditlər bahalaşıb Bakı. 9 noyabr. REPORT.AZ/ Azərbaycanda manatla ayrılan banklararası kreditlərin ucuzlaşması 2017-ci ilin sentyabr ayında davam edib. Manatla kreditlər üzrə orta faiz dərəcəsi sentyabrda daha 0,03 faiz bəndi azalaraq oktyabrın 1-nə illik 8,41% təşkil edib.
Maliyyə
9 Noyabr , 2017 12:05
Azərbaycanda xarici valyutada banklararası kreditlər bahalaşıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Azərbaycanda manatla ayrılan banklararası kreditlərin ucuzlaşması 2017-ci ilin sentyabr ayında davam edib. Manatla kreditlər üzrə orta faiz dərəcəsi sentyabrda daha 0,03 faiz bəndi azalaraq oktyabrın 1-nə illik 8,41% təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 9,76%-dən 9,97%-ə yüksəlib. Hesabata əsasən, ən bahalı 30-90 günlük banklararası kreditlərdir. Belə ki, bu müddətə manatla verilən kreditlər üzrə orta faiz 20,62%, xarici valyutada isə 17,22% təşkil edib.

Son xəbərlər

Orphus sistemi