Yuxarı

​Azərbaycanda xaricdən gələn və ən çox sığorta hadisəsi törədən "Mercedes Benz" avtomobilləri olub

İlk üçlükdə DAF və Scania markalı yük maşınları da var

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisinə tranzit məqsədilə 2014-cü ildə daxil olan xarici ölkədə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin təqsirindən baş vermiş sığorta hadisələri üzrə qeydə alınmış sığorta tələbləri əsasında ödənişlər arasında əsas yeri "Mercedes Benz" markalı nəqliyyat vasitələri tutub.

"Report"un İcbari Sığorta Bürosuna (İSB) istinadən verdiyi xəbərə görə, ötən il ərzində bu nəqliyyat vasitələrinin təqsirindən baş vermiş sığorta hadisələri ilə bağlı qeydə alınan 136 tələb üzrə 211 min manatdan artıq sığorta ödənişi həyata keçirilib.

İlk üçlükdə 48 tələb üzrə 66,9 min manat ödənişlə DAF və 62 min manatla "Scania" markalı nəqliyyat vasitələri (yük maşınları) tutub.

İSB-nin məlumatına əsasən, sığorta tələbləri və ödənişlərin məbləğinə görə sonrakı yerlərdə VAZ, "Volvo", "Opel", "Renault", "Ford", MAN, "Iveco", BMW və "Volkswagen" markaları sıralanıb.

Qeyd edək ki, 2014-cü il ərzində Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan xarici ölkədə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin təqsirindən baş vermiş sığorta hadisələri üzrə qeydə alınmış 509 sığorta tələbi üzrə ümumilikdə 775,8 min manata yaxın ödəniş həyata keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi