Azərbaycanda valyuta hərracında dollara tələb 8%-dən çox azalıb

Azərbaycanda valyuta hərracında dollara tələb 8%-dən çox azalıb Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Maliyyə
2 İyun , 2020 13:29
Azərbaycanda valyuta hərracında dollara tələb 8%-dən çox azalıb
Report

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb mayın 21-nə nisbətən 4,8 milyon ABŞ dolları və yaxud təxminən 8,5% azalaraq 51,9 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi