Azərbaycanda tələbələr üçün bank kartı istifadəyə verilib - ƏLAVƏ OLUNUB

Azərbaycanda tələbələr üçün bank kartı istifadəyə verilib - ƏLAVƏ OLUNUB İlk xəbər saat 11:25-də verilib
Maliyyə
1 Noyabr , 2019 12:25
Azərbaycanda tələbələr üçün bank kartı istifadəyə verilib - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 11:25-də verilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “SMART Tələbə kartı” layihəsinin təqdimat mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbir Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyevin iştirakı ilə baş tutub.

O, bildirib ki, tələbələrin ixtiyarına verilən kart unikal məhsuldur: “Bu kartların paylanması gələcəkdə maliyyə savadlığının artırılması istiqamətində bir addım olacaq. Onlar “MasterCard”la birgə həyata keçirdiyimiz “Nağdsız Azərbaycan” layihəsinin tərkib hissəsidir. Gələcəkdə çalışacağıq ki, digər ali təhsil müəssisələrində və orta məktəblərdə də bu kartlar istifadə edilsin. “Smart tələbə kartı”ndan gələcəkdə ictimai nəqliyyatda istifadə etmək mümkün olacaq”. 

***

Tədbirdə çıxış edən "Kapital Bank" ASC-nin Baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə isə deyib ki, bu kartların nəqliyyatda istifadəsi üçün "Bakı Kart"la danışıqlar aparılır. 

Son xəbərlər

Orphus sistemi