​Azərbaycanda təkrarsığorta yığımlarının 2%-i həyat sığortasının payına düşür

​Azərbaycanda təkrarsığorta yığımlarının 2%-i həyat sığortasının payına düşür Əsas paya əmlak və nəqliyyat vasitələrinin sığortası sahəsi malikdir
Maliyyə
23 İyun , 2016 13:19
​Azərbaycanda təkrarsığorta yığımlarının 2%-i həyat sığortasının payına düşür

Bakı. 23 iyun. REPORT.AZ/ Ötən il Azərbaycan üzrə təkrar sığorta yığımlarının ümumi həcmi 1,032 mlrd. manat təşkil edib. "Report"un məlumatına görə, bunu Bakıda keçirilən VIII Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2016) çıxışı zamanı "AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədri Fuad Quliyev deyib.

Onun sözlərinə görə, təkrarsığorta mükafatlarının təxminən 52%-i xarici şirkətlərin, 48%-i isə 9 yerli şirkətin ("Azre Təkrarsığorta" da daxil olmaqla) payına düşüb.

F.Quliyev qeyd edib ki, təkrarsığorta yığımlarının cəmi 2,2%-i həyat sığortasından daxil olub. Əmlak və nəqliyyat vasitələrinin sığortasından daxilolmalar təxminən 60%, digər sığorta növlərindən yığımlar isə 37% paya malik olub.

Son xəbərlər

Orphus sistemi