Azərbaycanda təhsil kreditlərini təhsil müəssisələri verə bilər

Azərbaycanda təhsil kreditlərini təhsil müəssisələri verə bilər Bununla bağlı Təshil və Maliyyə nazirlikləri tərəfindən iş aparılır
Maliyyə
31 May , 2016 14:11
Azərbaycanda təhsil kreditlərini təhsil müəssisələri verə bilər

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanda təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən iş aparılır. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

"Təhsil kreditləri ilə bağlı konkret məlumat verə bilmərəm. Bu gün iqtisadi durumu, əsasən də inflyasiyanın nisbətən yüksək olduğunu nəzərə alsaq, 12-13%-lə təhsil kreditlərinin alınması əlverişli olmayacaq. Təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən işlər aprılır. Həm Təshil Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən işlər görülür. Bu barədə yaxın gələcəkdə, payız sessiyasına müəyyən məlumat veriləcək", - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi