Azərbaycanda sığorta mübahisələri ilə bağlı məhkəmə işlərində vahid metodoloji yanaşma tətbiq edilə bilər

Azərbaycanda sığorta mübahisələri ilə bağlı məhkəmə işlərində vahid metodoloji yanaşma tətbiq edilə bilər Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin Hüquq komitəsinin görüşü keçirilib.
Maliyyə
19 Noyabr , 2018 15:02
Azərbaycanda sığorta mübahisələri ilə bağlı məhkəmə işlərində vahid metodoloji yanaşma tətbiq edilə bilər

Bakı. 19 noyabr. REPORT.AZ/ "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Hüquq komitəsinin görüşü keçirilib.

“Report” ASA-ya istinadən xəbər verir ki, görüşün əsas müzakirə mövzusu kompensasiya ödənişi ilə bağlı İcbari Sığorta Bürosuna (İSB) qarşı qaldırılmış sığorta tələbi olub.

Belə ki, 2014-cü ildə baş vermiş, bir nəfərin ölümü və bir nəfərin az ağır yaralanması ilə nəticələnən avtonəqliyyat qəzası ilə bağlı zərərçəkən şəxsə ödəniləcək kompensasiya ödənişi gərgin müzakirəyə səbəb olub. “İcbari Sığortalar haqqında” qanuna uyğun olaraq, zərərvuran tərəflərdən birinin sığortaçısı ölümlə bağlı 5 000 manat, yaralanan şəxsin müalicəsi ilə bağlı 1 500 manat sığorta ödənişi etsə də, qəzada iştirak etmiş digər zərərvuran tərəfin icbari sığorta müqaviləsi olmadığı üçün zərərçəkən şəxs müvafiq olaraq İSB-yə müraciət edib. Lakin İSB zərərçəkən şəxsə “İcbari Sığortalar haqqında” qanuna əsaslanaraq qarşı tərəfin sığortaçısı tərəfindən artıq sığorta ödənişi olunmasını vurğulayaraq sığorta ödənişini etməkdən imtina etdiyini bildirib.

Məsələnin mübahisəli olması onun Hüquq komitəsində də müzakirə edilməsi zərurətini yaradıb. İclasda iştirak edən sığorta şirkətlərinin nümayəndələri arasında iki mövqe formalaşıb. Bir tərəf zərərçəkənin Mülki Məcəllə və “İcbari Sığortalar haqqında” qanuna əsasən kompensasiya ödənişi almaq hüququnun olduğunu bildirsə də, digər tərəf zərərçəkənin artıq kompensiya ödənişinin aldığını qeyd edərək Mülki Məcəllə və “İcbari Sığortalar haqqında” qanunun müvafiq maddələrinə istinad edərək İSB-nin mövqeyini müdafiə edib.

İclasın yekununda Hüquq komitəsi məsələnin vətəndaş tərəfindən məhkəmədə mübahisələndirilməsinin tövsiyə olunması ilə əlaqədar rəy bildirib və bu cür hadisələrə “vahid metodoji yanaşmanın təmin olunması prinsipi”nə əməl edilməsi məqsədilə qanunvericiliyə dəyişikliyə dair təkliflər hazırlanması qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi